Azərbaycan Respublikası 129 səslə 2027-2030-cu illər üçün Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına seçilib və Şərqi Avropa və Şimali Asiya regionunda ən çox səs toplayıb. Səsvermə BMT-yə bağlı bu qurumun noyabrın 9-dan 27-dək Dohada keçirilən Səlahiyyətli Nümayəndələr Konfransında baş tutub.
Bu regiondan digər dörd yer Polşa, Çexiya, Rumıniya və Bolqarıstana çatıb. 72 səs toplayan Rusiya və 108 səs alan Qazaxıstan 48 üzvlü Şuraya daxil ola bilməyib. Türkiyə də 143 səslə Qərbi Avropa regionundan Şurada yer qazanıb.
Bakının namizədi Sitarə Mehdiyeva 111 səslə 12 üzvlü Radio Qaydaları Şurasında bu regiona ayrılan iki yerdən birini tutub. Rusiya və Gürcüstanın namizədləri bu yarışda uduzub.