Qərbi Azərbaycanda bəzi rəsmilər və nüfuzlu şəxslər arasında qeyri-şəffaf maliyyə və ticarət münasibətlərinin olduğu barədə iddialar irəli sürülüb. Bu iddialar parlament deputatı və iqtisadi komissiyanın üzvü Hakim Məmkanı, Qərbi Azərbaycan ostanının gömrük nəzarətçisi Xalid Cəngcunu və Naci Şərifi Zindəştini bir sıra ticarət və maliyyə əlaqələri ilə bağlayır. Bu da həmin əlaqələrin nəzarət orqanları tərəfindən müstəqil və şəffaf şəkildə araşdırılması zərurətini ortaya qoyur.
Araznews-a təqdim edilən məlumata görə, ehtimal olunan bu münasibətlər Urmiyadakı gömrük fəaliyyəti, sərmayənin təmin edilməsi və siyasi dəstək üzərində qurulub. Bununla yanaşı, Xalid Cəngcunun Qərbi Azərbaycan gömrüklərinin nəzarətçisi vəzifəsində saxlanılması üçün cəhdlər göstərildiyi də iddia edilir. Bu məsələnin adı çəkilən şəxslərin ticarət maraqları ilə əlaqəli ola biləcəyi bildirilir.
Məlumatın digər hissəsində iddia olunur ki, Hakim Məmkanın qohumlarından biri bu qrupun ehtimal olunan dəstəyindən və Naci Şərifi Zindəştiyə aid edilən maliyyə mənbələrindən istifadə edib. Onun bu yolla bir neçə yüz kondisioner və 100-dən çox Toyota Land Cruiser yolsuzluq avtomobili idxal etdiyi bildirilir.