bazar, 15 noyabr 2026
Azərbaycan

Rumıniyanın Sulina limanı yaxınlığında: Qara dənizdə dron 13 azərbaycanlı dənizçinin olduğu gəmini vurub

Rumıniyanın Sulina limanı yaxınlığında: Qara dənizdə dron 13 azərbaycanlı dənizçinin olduğu gəmini vurub

Heyətinin əksəriyyəti Azərbaycan Respublikasının vətəndaşları olan gəmi noyabrın 15-i, bazar günü erkən saatlarda Qara dənizdə dron hücumuna məruz qalıb. Hücum gecə saat 2 radələrində Rumıniyanın Sulina limanı yaxınlığında baş verib.

Sulina Dunay çayının deltasında, Ukrayna sərhədinin yaxınlığında yerləşir və Qara dənizin qərbində əsas gəmiçilik keçidlərindən biri sayılır. Gəminin 14 nəfərlik heyətindən 13-ü Azərbaycan Respublikasının, biri isə Türkiyənin vətəndaşıdır.

Gəmidə olanların hamısı hücumdan salamat çıxıb, ölən və ya yaralanan olmayıb.

Bu xəbəri paylaşın