bazar ertəsi, 16 noyabr 2026
Dünya

Dünyanın ikinci böyük iqtisadiyyatı təhlükə ilə üzləşib: Çində satış və istehsal gözlənilən qədər artmayıb

Dünyanın ikinci böyük iqtisadiyyatı təhlükə ilə üzləşib: Çində satış və istehsal gözlənilən qədər artmayıb

Çinin yeni iqtisadi göstəriciləri ölkədə sənaye istehsalının, daxili istehlakın və investisiyaların artımının yavaşladığını göstərir. Bu da dünyanın ikinci böyük iqtisadiyyatının artımı davam etdirə biləcəyi ilə bağlı narahatlığı artırıb.

Araz News-un Reuters xəbər agentliyinə istinadən verdiyi məlumata görə, 16 noyabr, bazar ertəsi günü açıqlanan rəsmi rəqəmlər Çinin sənaye istehsalının oktyabr ayında ötən ilin eyni dövrü ilə müqayisədə cəmi 4,8 faiz artdığını göstərir. Halbuki iqtisadçılar 5,3 faizlik artım gözləyirdilər.

Pərakəndə satışların artımı da cəmi 0,4 faizə düşüb. Əsas kapitala investisiyalar isə ilin ilk on ayında 8,1 faiz azalıb.

Bundan əlavə, eyni dövrdə Çinin daşınmaz əmlak sektoruna yatırılan investisiyalar 21,6 faiz azalıb. Bu isə ölkənin mənzil bazarında böhranın davam etdiyini göstərir.

İqtisadçılar hesab edir ki, qabaqcıl məhsulların və süni intellektlə bağlı texnologiyaların ixracı artsa da, daxili istehlakın zəifliyi Çin iqtisadiyyatının əsas çətinliklərindən biri olaraq qalır.

Bu xəbəri paylaşın