şənbə, 14 noyabr 2026
Bölgə

İraq Türkmən Cəbhəsindən Qəhtan Vəndavi Kərkükün yeni qubernatoru seçilib

İraq Türkmən Cəbhəsindən Qəhtan Vəndavi Kərkükün yeni qubernatoru seçilib

İraq Türkmən Cəbhəsinin üzvü Qəhtan Vəndavi 14 noyabr 2026-cı il, şənbə günü Kərkük Əyalət Şurasının iclasında iştirak edən 15 üzvdən 14-nün səsini toplayaraq əyalətin yeni qubernatoru seçilib.

Kərkük Əyalət Şurası yeni qubernatoru müəyyənləşdirmək üçün növbədənkənar iclas keçirib. İraq Türkmən Cəbhəsinin Kərkük şöbəsinin rəhbəri Qəhtan Vəndavi şura üzvlərinin böyük əksəriyyətinin dəstəyini qazanmağa nail olub.

Vəndavi Kərkükün sabiq türkmən qubernatoru Məhəmməd Səman Ağanı əvəz edəcək. Səman Ağa oktyabr ayında İraq mərkəzi hökumətində nazir-müşavir vəzifəsinə təyin olunub. Onun təyinatından sonra kürd partiyaları Kərkükə yenidən türkmən qubernatorun seçilməsinə etiraz ediblər.

Kərkük qubernatorluğu türkmən, ərəb və kürd siyasi qrupları arasında hakimiyyət bölgüsünə dair razılaşma əsasında rotasiya qaydası ilə idarə olunur. Bu razılaşmaya əsasən, 2027-ci ilin yanvar ayının əvvəlindən qubernatorluq səlahiyyətlərinin ərəb qrupunun nümayəndəsinə təhvil verilməsi nəzərdə tutulur.

Bu xəbəri paylaşın