cümə axşamı, 12 noyabr 2026
İran

Türkiyə Enerji Bazarını Tənzimləmə Qurumu: Daxili çatışmazlığa baxmayaraq, İranın Türkiyəyə qaz ixracı 27 faiz artıb

Türkiyə Enerji Bazarını Tənzimləmə Qurumu: Daxili çatışmazlığa baxmayaraq, İranın Türkiyəyə qaz ixracı 27 faiz artıb

Daxili çatışmazlığa baxmayaraq, 2026-cı ilin ilk 9 ayında İranın Türkiyəyə qaz ixracı 27 faiz artıb. Türkiyə Enerji Bazarını Tənzimləmə Qurumunun məlumatlarına görə, İslam Respublikası bu ölkəyə 7 milyard kubmetrdən çox qaz tədarük edib.

Bu həcmin 87 faizi müharibədən sonrakı aylara, yəni martdan sentyabradək olan dövrə düşür. Təkcə sentyabrda Türkiyəyə İrandan 660 milyon kubmetrdən çox qaz çatdırılıb. Bu, Türkiyənin ümumi qaz idxalının dörddə birinə bərabərdir. İki ölkə arasında bağlanan 25 illik qaz müqaviləsinin müddəti iyulda başa çatsa da, ixrac bundan sonra da davam edib.

İslam Respublikasının rəsmiləri özləri bildiriblər ki, müharibə zamanı Cənubi Pars yatağının gündəlik hasilat gücündən təxminən 130 milyon kubmetri sıradan çıxıb. Onların hesablamalarına görə, bu qış gündəlik qaz çatışmazlığı 430 milyon kubmetrə çatacaq və 11 əyalət «kəskin qaz gərginliyi» ilə üzləşəcək.

Bu xəbəri paylaşın