bazar ertəsi, 9 noyabr 2026
İran

Kövsəri ABŞ-ın Fordo və Natanz obyektlərinə zərbələri barədə iddia edib: «Nə sentrifuqalar zərər görüb, nə də 60 faizlik uran»

Kövsəri ABŞ-ın Fordo və Natanz obyektlərinə zərbələri barədə iddia edib: «Nə sentrifuqalar zərər görüb, nə də 60 faizlik uran»

Məclisin Milli Təhlükəsizlik Komissiyasının üzvü İsmayıl Kövsəri ABŞ-ın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə zərbələrinin sentrifuqalara ziyan vurmadığını iddia edib. Onun iddiasına görə, 60 faizlik uran ehtiyatları da salamat qalıb.

Kövsəri ABŞ-ın regiondakı hərbi düzülüşündən danışarkən Vaşinqtonun İran ətrafında xeyli sayda təyyarə yerləşdirdiyini deyib. Onun sözlərinə görə, bu təyyarələr körfəzdə deyil.

Deputat bu qüvvələrin İrandan 700-1000 kilometr məsafədə yerləşməsinin onların hücum üçün əməliyyat imkanlarını əvvəlki ilə müqayisədə azaltdığını iddia edib.

Bu xəbəri paylaşın