Bu gün, noyabrın 8-də, bazar günü səhər tezdən Hörmüz boğazında üç tanker partlayış və yanğın nəticəsində zədələnib. SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin ictimaiyyətlə əlaqələr xidməti yaydığı bəyanatda bu gəmiləri «qanunpozan» adlandırıb və onların «icazəsiz» marşrutla keçdiyini iddia edib.
SEPAH tankerlərin yanmasının səbəbini «naviqasiya və identifikasiya sistemlərinin söndürülməsi» kimi göstərib. Qurum ABŞ-ı da günahkar sayıb və Vaşinqtonun gəmiləri bu marşrutdan keçməyə təşviq etdiyini iddia edib. İslam Respublikası boğazın Oman sahillərinə yaxın cənub marşrutunu qanunsuz hesab edir. ABŞ bu marşrutdan keçən gəmiləri mühafizə edir.
Donald Tramp administrasiyasının rəsmiləri bildirirlər ki, Hörmüz boğazından keçən neftin həcmi hazırda İranla müharibənin başlandığı vaxtdan bəri ən yüksək səviyyədədir. Son günlərdə neftin qiyməti aşağı düşsə də, hələ də müharibədən əvvəlki səviyyədən xeyli yüksəkdir.