bazar, 8 noyabr 2026
İran

Türkmən Səhrada sel təhlükəsi: Gülüstan əyalətinin bütün məktəblərində bazar ertəsi dərslər distant keçiriləcək

Türkmən Səhrada sel təhlükəsi: Gülüstan əyalətinin bütün məktəblərində bazar ertəsi dərslər distant keçiriləcək

Gülüstan əyalətindəki bütün məktəblər, o cümlədən Türkmən Səhranın türkmənlər yaşayan bölgələrindəki məktəblər bazar ertəsi, 18 Aban (9 noyabr) tarixində distant formatda fəaliyyət göstərəcək. Bu qərar bütün təhsil pillələrini əhatə edir.

Qərarın səbəbi kimi son günlər yağıntı sisteminin fəallığı və bölgənin bəzi hissələrində sel ehtimalı göstərilib.

Günbədi-Kavus, Bəndər-Türkmən, Ağqala, Gomişan, Kəlalə, Marava-Təpə və əyalətin digər şəhərlərindəki məktəblərdə də bazar ertəsi dərslər distant keçiriləcək.

Bu xəbəri paylaşın