Bazar günü, 17 aban (8 noyabr) Kəleybərdə havanın temperaturu 0 dərəcə Selsiyə düşüb. Şərqi Azərbaycanın bu şəhəri İranın ən soyuq məntəqəsi olub.
Şərqi Azərbaycanda Herisdə 1 dərəcə, Varzəqanda isə 2 dərəcə qeydə alınıb. Əhər, Bostanabad, Çaroymaq və Hürənddə temperatur 3 dərəcəyə enib, Təbrizdə isə 7 dərəcə olub.
Qərbi Azərbaycanda 1 dərəcə ilə Çaldıran ən soyuq şəhər olub. Salmas və Qaraziyəddində 3 dərəcə, Urmiyada isə 4 dərəcə qeydə alınıb. Ərdəbil, Xalxal, Nir, Sərin və Namində də temperatur 5 dərəcəyə enib.