İslam Respublikasının yüksək rütbəli təhlükəsizlik mənbəyi Möhsün Rzayinin Vladimir Putinə yeni siyasi plan təqdim etməsi barədə xəbərləri təkzib edib. Mənbə Tehranın öz yeddi şərti tam yerinə yetirilməyənədək ABŞ ilə danışıqları irəli aparmağa hazır olmadığını vurğulayıb.
"Əl-Mayadin"in məlumatına görə, iranlı rəsmi noyabrın 5-də, cümə axşamı iddia edib ki, Qərb mediası İslam Respublikası Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayinin Rusiya prezidenti ilə görüşünün təfərrüatları barədə yanlış məlumatlar yayıb.
Mənbənin sözlərinə görə, Moskvadakı danışıqların əsas mövzusu müharibəyə son qoyulması və regiondakı proseslərin müzakirəsi olub. Rzayi isə Putinə heç bir yeni siyasi təşəbbüs təqdim etməyib.
Rəsmi həmçinin vurğulayıb ki, Vaşinqton İslam Respublikasının yeddi şərtini tam və eyni vaxtda yerinə yetirməyənədək İslam Respublikası nə Hörmüz boğazını açacaq, nə də yeni danışıqlara başlayacaq.