cümə, 6 noyabr 2026
İran

Tramp İrana yenidən hücumla bağlı qərar ərəfəsində: Ölkənin qalan hissəsini məhv etməyə məcbur ola bilərəm

Tramp İrana yenidən hücumla bağlı qərar ərəfəsində: Ölkənin qalan hissəsini məhv etməyə məcbur ola bilərəm

ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən təhlükəsizlik iclaslarından sonra İslam Respublikasına qarşı genişmiqyaslı hərbi əməliyyatların bərpası ilə bağlı yaxın vaxtlarda qərar verəcəyini açıqlayıb və yeni hücumların ehtimalını istisna etməyib.

Fox News-a istinadən xəbər verilir ki, ABŞ-ın yüksəkvəzifəli rəsmiləri Trampın 4 və 5 noyabr tarixlərində, çərşənbə və cümə axşamı günləri milli təhlükəsizlik komandası ilə İrana qarşı hərbi variantları müzakirə etdiyini təsdiqləyiblər.

Tramp jurnalistlərə deyib: «Mümkün olarsa, ölkənin qalan hissəsini məhv etməməyi üstün tuturam, amma bəlkə də buna məcbur olacağam. Tezliklə biləcəksiniz».

ABŞ rəsmilərinin sözlərinə görə, ölkə ordusunun Mərkəzi Komandanlığı İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların mümkün bərpası üçün hazırlıqları yekunlaşdırır, lakin hücumların başlanması ilə bağlı hələ yeni əmr verilməyib.

Ağ Ev İslam Respublikasının nüvə proqramının bərpasının qarşısını almaq məqsədilə hərbi variantları nəzərdən keçirir.

Bu xəbəri paylaşın