İraq Kürdüstan Vətənpərvər İttifaqı partiyasının sədri Bafel Talabani partiyanın Kürdüstan Regionu parlamentinin son iclasını tanımadığını və regional hökumətdən çıxdığını açıqlayıb.
Rudaw-un məlumatına görə, Talabani 5 noyabr, cümə axşamı Süleymaniyyədə Vətənpərvər İttifaqın rəhbərlik şurasının iclasından sonra bildirib: «Biz Kürdüstan Vətənpərvər İttifaqı olaraq parlament iclasını tanımırıq və hökumətdən çəkilirik».
Bu qərar Kürdüstan Regionu parlamentinin çərşənbə günü təxminən iki illik fasilədən sonra 100 deputatdan 52-sinin iştirakı ilə iclas keçirməsindən və yeni rəyasət heyətini seçməsindən sonra elan olunub.
Vətənpərvər İttifaq partiyanın rəsmi iştirakı olmadan keçirilən bu iclası qeyri-qanuni hesab edib.
Məsud Barzaninin rəhbərlik etdiyi Kürdüstan Demokratik Partiyası ilə Kürdüstan Vətənpərvər İttifaqı arasında hökumət vəzifələrinin bölüşdürülməsi ilə bağlı fikir ayrılığı regionun yeni hökumətinin formalaşmasını 2024-cü ilin oktyabr seçkilərindən bu yana ləngidir.