cümə axşamı, 5 noyabr 2026
Bölgə

Əz-Zeydi Trampla telefon danışığında: İraq ərazisi qonşu ölkələrə hücum üçün baza olmayacaq

Əz-Zeydi Trampla telefon danışığında: İraq ərazisi qonşu ölkələrə hücum üçün baza olmayacaq

İraqın baş naziri Əli əz-Zeydi ABŞ prezidenti Donald Trampla telefon danışığında Bağdadın qəti mövqeyini vurğulayıb. Onun sözlərinə görə, İraq ərazisi qonşu ölkələrə hücum üçün bazaya çevrilməməli, ölkələrin suverenliyinə hörmət edilməlidir.

İraq Baş Nazirliyinin mətbuat xidməti bildirib ki, tərəflər Yaxın Şərqdəki son hadisələri və regiondakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər. Söhbətin əsas mövzusu gərginliyin azaldılması, münaqişələrin genişlənməsinin qarşısının alınması və böhranların diplomatik yolla həlli olub.

Əz-Zeydi regionda sabitliyin qorunması üçün sülh yolu ilə həll variantlarının axtarılmasına və konstruktiv dialoqun davam etdirilməsinə çağırıb. Tərəflər həmçinin ikitərəfli münasibətlərin gücləndirilməsi məqsədilə ortaq məsələlər üzrə əlaqə və koordinasiyanı davam etdirmək barədə razılığa gəliblər.

Bu xəbəri paylaşın