Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də, Azərbaycan Respublikasının İkinci Qarabağ müharibəsindəki Zəfərinin ildönümündə Bakıya səfər etmək niyyətində olduğunu açıqlayıb.
"Haber Global"a istinadən xəbər verilir ki, Ərdoğan deyib: «Fövqəladə bir vəziyyət yaranmasa, noyabrın 8-də Azərbaycana səfər etmək niyyətindəyəm. Ümid edirəm ki, bu səfər iki ölkə arasındakı münasibətlərdə zəruri addımların atılması üçün fürsət olacaq.»
Türkiyə Prezidenti Ankara ilə Bakı arasındakı dərin bağlara diqqət çəkərək əlavə edib: «Azərbaycanla münasibətlərimiz adi diplomatik münasibətlərdən qat-qat artıqdır. İki ölkənin qırılmaz bağının kökləri tariximizə, mədəniyyətimizə, ortaq taleyimizə və gələcəyimizə gedib çıxır.»
Ərdoğan həmçinin vurğulayıb: «Türkiyə ilə Azərbaycanın qardaşlığını zəiflədə biləcək heç bir maneə yoxdur.»