İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş komandanı Möhsün Rzai Hörmüz boğazının açılmasını ABŞ-ın İslam Respublikasının şərtlərini tam qəbul etməsi şərtinə bağlayıb. O, Vaşinqtonun, özünün «İranın hüquq və tələbləri» adlandırdığı məsələlərə verdiyi cavabın qaneedici olmadığını iddia edib.
Rzainin sözlərinə görə, ABŞ Tehranın yeddi şərtinə tam və açıq cavab verməli, eləcə də onları yerinə yetirməlidir. O, həmin vaxta qədər Hörmüz boğazının açılmayacağı ilə hədələyib.