ABŞ prezidenti Donald Tramp yeni paylaşımında neft qiymətinin başgicəlləndirici sürətlə düşdüyünü yazıb. Onun sözlərinə görə, bir barelin qiyməti təxminən 10 dollar aşağı enib və bu, yeni rekorddur. Tramp bu kəskin enişin səbəbini bazarda İranla müharibənin baş verməyəcəyi təəssüratının yaranması ilə izah edib.
ABŞ prezidenti əlavə edib ki, İslam Respublikası mümkün qədər tez razılaşmaya gəlmək istəyir. O yazıb: «Bu, baş verə bilər!»