Donald Tramp İranla müharibəni bərpa etməyə tələsmir və hələlik İslam Respublikasına iqtisadi təzyiqi davam etdirir. ABŞ prezidenti noyabrın 2-də, bazar ertəsi İsrail televiziyalarından birinə müsahibəsində deyib: «Biz onların iqtisadiyyatını iflic edirik». Onun sözlərinə görə, İran hakimiyyəti pul və yanacaq qıtlığı ilə üzləşib, xalq isə mövcud vəziyyətdən yorulub.
Tramp Qətərin vasitəçiliyi ilə aparılan danışıqların gedişatını yaxşı kimi dəyərləndirib. O əlavə edib ki, Tehranda qərarları kimin verdiyi bəlli deyil və Vaşinqton yenidən vaxt itirmək istəmir. Onun fikrincə, İslam Respublikasının rəhbərləri hazırda müharibənin başlanğıcından bəri heç vaxt olmadığı qədər razılaşmada maraqlıdırlar.
Trampın müşavirləri üç variant üzərində fikir ayrılığı yaşayır: Tehranla razılaşma, hücum etmədən blokadanın və sanksiyaların davam etdirilməsi, yaxud İsrailin baş naziri Benyamin Netanyahunun dəstəklədiyi müharibənin bərpası. Biri amerikalı, digəri israilli olan iki mənbə bildirib ki, danışıqlar uğursuz alınarsa, Trampın mövqeyi ciddi şəkildə dəyişə bilər.