Makaron fabriklərinin istifadə etdiyi buğda aban ayının əvvəlindən iki yarım dəfədən çox bahalaşıb. Hökumət bu qərarı sənaye ununun qiyməti artırıldıqdan sonra qəbul edib və bahalaşmanın əhatə dairəsini makaron istehsalçılarına da genişləndirib.
Bu qərarın birbaşa nəticəsi makaronun və sənaye üsulu ilə bişirilən çörəklərin, o cümlədən tost çörəyindən və bagetdən tutmuş sendviç çörəyinədək məhsulların istehsal xərclərinin artmasıdır. Bu məhsullar bir çox ailənin gündəlik ərzaq səbətində sabit yer tutur.
Sənaye ununun qiymətinin müəyyənləşdirilməsi hökumətin valyuta siyasəti ilə bağlıdır. Buğdanın qiymətinin 150 faizdən çox artması bu fabrikləri ən əsas xammallarının dəyərində qəfil sıçrayışla üz-üzə qoyub.