Savə Baytarlıq İdarəsinin rəisi icazəsiz və antisanitar şəraitdə qablaşdırılaraq Tehrana aparılmaq üçün hazırlanmış 100 kiloqram eşşək ətinin aşkarlanaraq müsadirə edildiyini bildirib.
İLNA agentliyinin xəbərinə görə, Mehdi Kələntər Qureyşi Hərəndi bu yükün Savə ətrafındakı heyvandarlıq təsərrüfatlarından birində aşkarlandığını açıqlayıb.
Onun sözlərinə görə, əməkdaşlar sümükləri ayırarkən və əti hazırlayarkən iki nəfəri saxlayıblar. Təsərrüfatın məsul şəxsi də yeri təqsirləndirilən şəxslərin ixtiyarına verdiyinə görə həbs edilib.
Hər üç şəxs məhkəmə araşdırması üçün müvafiq orqanlara təqdim olunub.