ArazNews
Ana Səhifə / İran / Tramp: «İranın qalan obyektlərini 10 dəqiqə ərzində hədəfə ala bilərik!»
İran

Tramp: «İranın qalan obyektlərini 10 dəqiqə ərzində hədəfə ala bilərik!»

Tramp: «İranın qalan obyektlərini 10 dəqiqə ərzində hədəfə ala bilərik!»

ABŞ prezidenti Donald Tramp İslam Respublikasını yenidən hərbi zərbələrlə hədələyib. O, Vaşinqtonun ehtimal olunan hədəflər siyahısında hələ də bir-iki hədəfin qaldığını, onların arasında «Kolang dağı» adlanan yeraltı obyektin də olduğunu bildirib.

Fransa Mətbuat Agentliyinin (AFP) məlumatına görə, Tramp noyabrın 1-də, bazar günü səhər Floridada jurnalistlərlə söhbətində ABŞ-ın İslam Respublikasının hərbi və nüvə potensialının böyük hissəsini məhv etdiyini iddia edib.

O vurğulayıb: «Hələ bir-iki obyekt qalıb ki, onlarla məşğul olmalıyıq, amma bunu 10 dəqiqə ərzində edə bilərik».

Tramp eyni zamanda Tehranla danışıqların «irəlilədiyini» deyib, lakin əlavə edib: «Onlar o qədər də etibarlı deyillər».

ABŞ prezidenti yeni zərbələrə başlamağa tələsmədiyini deyib. ABŞ dövlət katibi Marko Rubio da yeni hərbi əməliyyatın keçirilməsi ilə bağlı hələ yekun qərarın qəbul edilmədiyini açıqlayıb.