Qətərin mayeləşdirilmiş qaz daşıyan «Al Mayeda» gəmisi oktyabrın 30-da, cümə günü Hörmüz boğazı yaxınlığında hədəfə alınıb. Bu, Tehranın gəminin təhlükəsiz keçidinə «yaşıl işıq» yandırmasından cəmi bir neçə saat sonra baş verib. Bloomberg yazıb ki, Pakistan bu yükün keçidinə təminat almaq üçün birbaşa İslam Respublikası ilə danışıqlar aparmışdı.
Qətərin rəsmi xəbər agentliyi Marşall Adaları bayrağı altında üzən gəmiyə «naməlum obyektlərin» dəydiyini bildirib. Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) də Lavan adasından 40 mil cənubda bir gəmiyə naməlum mərminin dəydiyini və göyərtədə yanğın baş verdiyini xəbər verib. Gəminin sahibi olan «Nakilat» şirkəti ekipaj üzvlərinin salamat olduğunu açıqlayıb, lakin hücumun məsuliyyətini heç bir tərəfin üzərinə qoymayıb.
İslamabad aprel–may, iyul–avqust və avqust–sentyabr aylarında da Qətər yüklərinin keçidini İslam Respublikası ilə razılaşdırmışdı. Ras-Laffan terminalı İslam Respublikasının hücumları nəticəsində zədələndikdən sonra Pakistan baha qiymətə spot yüklər almağa məcbur qalıb.