ArazNews
Ana Səhifə / Bölgə / Azərbaycanın xarici işlər naziri Ankarada Ərdoğanla görüşüb
Bölgə

Azərbaycanın xarici işlər naziri Ankarada Ərdoğanla görüşüb

Azərbaycanın xarici işlər naziri Ankarada Ərdoğanla görüşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Görüş Ankarada Türk Dövlətləri Təşkilatının toplantısı çərçivəsində keçirilib. Bayramov görüşdən məmnunluğunu ifadə edib və səmimi qəbula görə Ərdoğana təşəkkür edib.

Onun sözlərinə görə, tərəflər Azərbaycan-Türkiyə münasibətlərini və Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər. Türk dünyasının birliyinin və həmrəyliyinin daha da möhkəmləndirilməsi də görüşün əsas mövzularından olub.