ArazNews
Ana Səhifə / Bölgə / Kanada və BƏƏ-nin birgə bəyanatı: Böyük Tunb, Kiçik Tunb və Əbu Musa adalarının işğalına son qoyulmalıdır
Bölgə

Kanada və BƏƏ-nin birgə bəyanatı: Böyük Tunb, Kiçik Tunb və Əbu Musa adalarının işğalına son qoyulmalıdır

Kanada və BƏƏ-nin birgə bəyanatı: Böyük Tunb, Kiçik Tunb və Əbu Musa adalarının işğalına son qoyulmalıdır

Kanada və Birləşmiş Ərəb Əmirlikləri birgə bəyanatda Böyük Tunb, Kiçik Tunb və Əbu Musa adalarının işğalına son qoyulmasını tələb ediblər. Tərəflər İslam Respublikasının nəzarətində olan bu üç adanın işğalını BƏƏ-nin suverenliyinin və BMT Nizamnaməsi prinsiplərinin pozulması kimi qiymətləndiriblər.

Əbu-Dabinin vəliəhdi Xalid bin Məhəmməd bin Zayed oktyabrın 26-27-də Ottavada Kanadanın baş naziri Mark Karni ilə görüşüb. Birgə bəyanat ertəsi gün yayılıb. İki ölkə bəyanatda suverenliyə və ərazi bütövlüyünə hörmətin, daxili işlərə qarışmamağın və gəmiçilik azadlığının vacibliyini vurğulayıb.

Səfər çərçivəsində BƏƏ və Kanada müdafiə sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb, həmçinin birgə hərbi komitə yaradacaqlar. Əbu-Dabi də Kanadada 70 milyard Kanada dollarınadək investisiya qoyuluşu üçün şərait yaratmağı öhdəsinə götürüb.