ABŞ-ın respublikaçı senatoru Ted Kruz Donald Trampın İslam Respublikasından qaynaqlanan təhdidin aradan qaldırılmasını istədiyini bildirib. Senator özünün də hakimiyyətin devrilməsi üçün iranlı etirazçıların silahlandırılmasının zəruri olduğunu vurğuladığını qeyd edib.
Ted Kruzun X sosial şəbəkəsindəki paylaşımında senator 29 oktyabr, cümə axşamı yazıb: «Dünən bütün günü prezident Trampla birlikdə keçirdim. O, İran rejimindən qaynaqlanan təhdidin aradan qaldırılmasını istəyir».
Kruz əlavə edib: «Mən iranlı etirazçıların bu rejimi devirmək üçün silahlandırılmasını tələb etmişəm».