ArazNews
Ana Səhifə / İran / «Siyanət» yeni adla geri qayıdır: Məclis internetin məhdudlaşdırılmasına dair yeni layihəni qapalı qapılar arxasında irəlilədir
İran

«Siyanət» yeni adla geri qayıdır: Məclis internetin məhdudlaşdırılmasına dair yeni layihəni qapalı qapılar arxasında irəlilədir

«Siyanət» yeni adla geri qayıdır: Məclis internetin məhdudlaşdırılmasına dair yeni layihəni qapalı qapılar arxasında irəlilədir

Məclis deputatları «Virtual məkanın nizamlanması» adlı yeni layihə üzərində işə başlayıblar. Müşahidəçilər onu «Siyanət 2» adlandırır və bildirirlər ki, layihə mahiyyətcə internetin məhdudlaşdırılmasına dair əvvəlki layihələrdən fərqlənmir. Milyonlarla istifadəçinin biznesinin və gündəlik ünsiyyətinin taleyi bu layihədən asılıdır.

Layihəni araşdıran birgə komissiyanın sözçüsü Ruhullah Abbaspur «Camaran» saytına deyib ki, hələlik layihənin heç bir təfərrüatının mediaya açıqlanmaması qərara alınıb. Bir ildən az müddətdə layihənin maddələrinin sayı 12-dən 8-ə enib.

Sənaye komissiyasının üzvü Mustafa Purdehqan bu prosesə etiraz edib: «Bu parça-parça edilmiş və filtrlənmiş internetdə etmədiyiniz daha nə qalıb ki, indi də nizamlamağın ardınca düşmüsünüz?» Onun sözlərinə görə, müharibə şəraitində cəzalandırıcı və məhdudlaşdırıcı ifadələrin daim təkrarlanması yalnız gənclərin və cəmiyyətin əsəblərini pozur.