ArazNews
Ana Səhifə / Bölgə / Sərhədlərin bağlanmasından sonra Tehranın cavabı: Hörmüz boğazı Pakistan və İraq gəmilərinin üzünə bağlanır
Bölgə

Sərhədlərin bağlanmasından sonra Tehranın cavabı: Hörmüz boğazı Pakistan və İraq gəmilərinin üzünə bağlanır

Sərhədlərin bağlanmasından sonra Tehranın cavabı: Hörmüz boğazı Pakistan və İraq gəmilərinin üzünə bağlanır

Ərəb mənbələrinin məlumatına görə, İslam Respublikası Pakistan və İraqa Hörmüz boğazının bu iki ölkənin gəmilərinin üzünə bağlanacağını bildirib. Bu təhdid İslamabad və Bağdad İranla quru sərhədlərinin bir hissəsini bağladıqdan sonra səsləndirilib.

Hakimiyyətə yaxın media fəalı Əli Qolhəki bu iki ölkənin sərhədləri «ABŞ ilə tam əməkdaşlıq çərçivəsində» bağladığını iddia edib. Lakin İraq hökumətinin sözçüsü Əş-Şib (Çəzabə) keçid məntəqəsinin bağlanmasını onun texniki və infrastruktur baxımından hazır olmaması ilə əlaqələndirib.

İraqın Meysan vilayətinin sakinləri bu gün Əş-Şib keçid məntəqəsində toplaşaraq onun yenidən açılmasını tələb ediblər.