ArazNews
Ana Səhifə / Xəbər / Tramp: İranın nüvə silahı əldə etməsinin qarşısını almaq böyük uğurlarımızdan biridir
Xəbər

Tramp: İranın nüvə silahı əldə etməsinin qarşısını almaq böyük uğurlarımızdan biridir

Tramp: İranın nüvə silahı əldə etməsinin qarşısını almaq böyük uğurlarımızdan biridir

ABŞ prezidenti Donald Tramp İran İslam Respublikasının nüvə silahı əldə etməsinin qarşısını almağı öz hökumətinin ən böyük uğurlarından biri kimi dəyərləndirib.

Tramp Vaşinqtonun Tehranın nüvə silahına sahib olmasının qarşısını almağa yönəlik siyasətini bir daha vurğulayaraq bildirib ki, İran heç bir şəraitdə belə bir silah əldə etməməlidir.

ABŞ prezidenti daha əvvəl də İranın nüvə obyektlərinə qarşı hərbi hücumlara işarə edərək Vaşinqtonun İran İslam Respublikasının nüvə silahı istehsalı gücünü yenidən qurmasına icazə verməyəcəyini demişdi.