ArazNews
Ana Səhifə / Bölgə / İraq İranla sərhəd keçid məntəqələrini bağlamağa başlayıb; Tehran Səudiyyə Ərəbistanına hücumda rolu olmaqda ittiham olunur
Bölgə

İraq İranla sərhəd keçid məntəqələrini bağlamağa başlayıb; Tehran Səudiyyə Ərəbistanına hücumda rolu olmaqda ittiham olunur

İraq İranla sərhəd keçid məntəqələrini bağlamağa başlayıb; Tehran Səudiyyə Ərəbistanına hücumda rolu olmaqda ittiham olunur

İraq hökuməti ölkənin baş naziri Əli Falih əz-Zeydinin göstərişi ilə 21 oktyabr, çərşənbə günündən etibarən İranla Əş-Şib sərhəd keçid məntəqəsini növbəti göstərişə qədər bağlayıb. İraq mənbələri bildirir ki, yaxın günlərdə daha bir neçə keçid məntəqəsi də mərhələli şəkildə bağlanacaq.

Əl-Cəzirə və Şəfəq News-un məlumatına görə, bu qərar Meysan əyalətindəki Əş-Şib keçid məntəqəsindən sərnişin hərəkətinin və yük daşınmasının dayandırılmasını əhatə edir. İraq rəsmiləri digər keçid məntəqələrinin bağlanmasının rəsmi səbəbini və təfərrüatlarını hələ açıqlamayıblar.

Bu hadisələr İraq hökumətinin 12 sentyabrda da Səudiyyə Ərəbistanının Şərq–Qərb neft kəmərinə dron hücumlarından sonra İranla üç sərhəd keçid məntəqəsini müvəqqəti olaraq bağladığı bir vaxtda baş verir.

Şəfəq News o zaman məlumatlı mənbəyə istinadən xəbər vermişdi ki, Səudiyyə Ərəbistanına hücumlarda istifadə olunan dronların avadanlıq və hissələri İrandan İraq ərazisinə daxil olub.