ArazNews
Ana Səhifə / Bölgə / Bağdad və Tehranın kürd müxalifləri İslam Respublikasına təhvil vermək barədə razılığa gəldiyi iddia edilib
Bölgə

Bağdad və Tehranın kürd müxalifləri İslam Respublikasına təhvil vermək barədə razılığa gəldiyi iddia edilib

Bağdad və Tehranın kürd müxalifləri İslam Respublikasına təhvil vermək barədə razılığa gəldiyi iddia edilib

İslam Respublikasının Bağdaddakı səfiri Məhəmməd Kazım Al-Sadiq iddia edib ki, İraq İranın kürd müxalif qruplarını İraq Kürdüstanı Regionundan çıxarmağa və ya onların üzvlərini Tehrana təhvil verməyə razılıq verib.

Al-Sadiq çərşənbə axşamı, 28 mehr (20 oktyabr) tarixində X hesabında bildirib ki, bu razılaşma iki ölkənin təhlükəsizlik rəsmilərinin iştirakı ilə keçirilən İran-İraq birgə təhlükəsizlik komitəsinin iclasında əldə olunub.

Bununla belə, İraqın milli təhlükəsizlik müşaviri ofisinin rəsmi bəyanatında kürd müxaliflərin çıxarılması və ya İslam Respublikasına təhvil verilməsi barədə razılaşmadan heç bəhs edilməyib. Bağdad indiyədək Tehran səfirinin iddiasını təsdiqləməyib.