ArazNews
Ana Səhifə / Bölgə / ABŞ müdafiə nazirinin İsrailə əvvəlcədən elan olunmamış səfəri: İrana yenidən hücum ehtimalı fonunda Netanyahu ilə görüş
Bölgə

ABŞ müdafiə nazirinin İsrailə əvvəlcədən elan olunmamış səfəri: İrana yenidən hücum ehtimalı fonunda Netanyahu ilə görüş

ABŞ müdafiə nazirinin İsrailə əvvəlcədən elan olunmamış səfəri: İrana yenidən hücum ehtimalı fonunda Netanyahu ilə görüş

ABŞ-ın müdafiə naziri Pit Heqset İsrailə əvvəlcədən elan olunmamış səfəri çərçivəsində Benyamin Netanyahu ilə görüşüb. Səfər ABŞ və İsrailin İslam Respublikasına qarşı genişmiqyaslı hərbi əməliyyatları bərpa etmək ehtimalının nəzərdən keçirildiyi vaxta təsadüf edib.

Axios-un məlumatına görə, görüş oktyabrın 19-da, bazar ertəsi İsrailin cənubundakı "Ovda" hava bazasında keçirilib. Bu bazada ABŞ-ın qırıcı təyyarələri və yanacaqdoldurma təyyarələri yerləşdirilib.

Heqset həmçinin bazada yerləşən amerikalı hərbçilərlə də görüşüb. Səfər İsraildə keçiriləcək seçkilərə cəmi səkkiz gün qalmış baş tutub. Pentaqon və İsrail səfirliyi bu barədə şərh verməkdən imtina ediblər.

İrana yenidən hücumla bağlı fərziyyələrə baxmayaraq, Vaşinqton yeni hərbi əməliyyatın başlanması ilə bağlı hələlik rəsmi qərar elan etməyib.