ArazNews
Ana Səhifə / Dünya / Rubio Türküstana yola düşüb: Vaşinqton Rusiya, Çin və İran arasındakı regiona diqqət yönəldir
Dünya

Rubio Türküstana yola düşüb: Vaşinqton Rusiya, Çin və İran arasındakı regiona diqqət yönəldir

Rubio Türküstana yola düşüb: Vaşinqton Rusiya, Çin və İran arasındakı regiona diqqət yönəldir

ABŞ dövlət katibi Marko Rubio bazar günü Özbəkistana yola düşəcək və Səmərqənddə «C5+1» görüşü çərçivəsində Türküstan və Mərkəzi Asiya ölkələrinin rəsmiləri ilə görüşəcək.

Reuters agentliyinin məlumatına görə, Tramp administrasiyası ABŞ-ın Türküstanda siyasi və iqtisadi mövcudluğunu artırmağa çalışır. Bu region Rusiya, Çin və İran arasında yerləşir, strateji əhəmiyyət daşıyır, mühüm enerji ehtiyatlarına və nadir elementlərə malikdir.

Bu səfərdə Rubionu 200-dən çox biznes rəhbəri müşayiət edəcək. İqtisadi əməkdaşlığın inkişafı, mineral ehtiyatlara çıxış, Rusiyaya qarşı sanksiyalar məsələsi və Avraam Sazişlərinin genişləndirilməsi ehtimalı danışıqların əsas mövzuları olacaq.

Rubio Özbəkistandan sonra Hindistana səfər edəcək və bu ölkənin rəsmiləri, eləcə də iqtisadi sahənin aparıcı rəhbərləri ilə görüşəcək.