ArazNews
Ana Səhifə / İran / Vaşinqtondan İslam Respublikasının maliyyə və ticarət şəbəkələrinə qarşı yeni sanksiya dalğası
İran

Vaşinqtondan İslam Respublikasının maliyyə və ticarət şəbəkələrinə qarşı yeni sanksiya dalğası

Vaşinqtondan İslam Respublikasının maliyyə və ticarət şəbəkələrinə qarşı yeni sanksiya dalğası

ABŞ Maliyyə Nazirliyi İran İslam Respublikasının maliyyə və ticarət şəbəkələri ilə əlaqəli 16 şəxsə və 11 quruma qarşı yeni sanksiyalar tətbiq etdiyini açıqlayıb.

ABŞ Maliyyə Nazirliyi bildirib ki, bu sanksiyalar sanksiyalardan yayınma və maliyyə vəsaitlərinin köçürülməsinin geniş axınını hədəf alır və İran, Birləşmiş Ərəb Əmirlikləri, İraq, Kuba və Honkonqdakı şirkətləri və şəxsləri əhatə edir.

Yeni sanksiya siyahısına salınan qurumlar arasında İraqdakı «İnvestisiya və Maliyyələşdirmə üzrə Beynəlxalq İnkişaf Bankı», Kubanın «Beynəlxalq Ticarət Bankı», «Çabahar Beynəlxalq Bankı», «Cəzirə Beynəlxalq Bankı» da daxil olmaqla bir neçə bank və valyuta mübadiləsi müəssisəsi, İran və BƏƏ-də fəaliyyət göstərən bir sıra ticarət və valyuta mübadiləsi şirkətləri, həmçinin Honkonqdakı «Elite Sphere» ticarət şirkəti yer alır.

Maliyyə qurumları ilə yanaşı, valyuta mübadiləsi və ticarət şəbəkələri ilə əlaqəli 16 nəfər yüksək vəzifəli rəhbər və digər şəxslər də İran iqtisadiyyatının əsas sektorlarına qarşı sanksiyalarla bağlı «13902 saylı İcra Fərmanı» çərçivəsində ABŞ Maliyyə Nazirliyinin ikinci dərəcəli məhdudiyyətlərinin hədəfinə çevriliblər.