ArazNews
Ana Səhifə / Bölgə / Livan Mərkəzi Bankı İranın "Saderat" bankının fəaliyyət lisenziyasını ləğv edib
Bölgə

Livan Mərkəzi Bankı İranın "Saderat" bankının fəaliyyət lisenziyasını ləğv edib

Livan Mərkəzi Bankı İranın

"Bloomberg" agentliyi xəbər verib ki, Livan Mərkəzi Bankı bu həftə İranın "Saderat" bankının ölkədəki fəaliyyət lisenziyasını ləğv edib.

Məlumata görə, Livan Mərkəzi Bankının sədri Kərim Səid bu qərarın məqsədinin Beyrutun ölkənin bank sektorunu istənilən riskdən qorumaq əzmi barədə aydın mesaj vermək olduğunu bildirib.

Bu qərar ABŞ-ın maliyyə naziri Livan hökumətinin rəsmiləri ilə görüşdə İranın "Saderat" bankının bağlanmasını və onun ölkədəki fəaliyyət lisenziyasının ləğv edilməsini tələb etdikdən sonra açıqlanıb.

"Saderat" bankının lisenziyasının ləğvi İslam Respublikasının Livandakı bank fəaliyyətinin məhdudlaşdırılması istiqamətində yeni addım hesab olunur və bu bankın ölkədə rəsmi maliyyə fəaliyyətinə çıxışını dayandıra bilər.