ArazNews
Ana Səhifə / Bölgə / Baniyas qırğını və Reyhanlı partlayışlarının əsas təqsirləndirilən şəxsi: Türkiyənin ən çox axtarılan şəxslərindən olan Mihrac Ural Suriyada saxlanılıb
Bölgə

Baniyas qırğını və Reyhanlı partlayışlarının əsas təqsirləndirilən şəxsi: Türkiyənin ən çox axtarılan şəxslərindən olan Mihrac Ural Suriyada saxlanılıb

Baniyas qırğını və Reyhanlı partlayışlarının əsas təqsirləndirilən şəxsi: Türkiyənin ən çox axtarılan şəxslərindən olan Mihrac Ural Suriyada saxlanılıb

Suriyanın rəsmi xəbər agentliyi SANA-nın məlumatına görə, ölkənin Ümumi Kəşfiyyat İdarəsi Mihrac Ural kimi tanınan Əli Kəyyalini saxlayıb. O, sərhəddən qaçmağa çalışarkən yaxalanıb. Türkiyədə doğulan Ural bu ölkənin axtarışda olan şəxslər siyahısının başında yer alırdı.

Türkiyə illərdir onu yaxalamağa çalışırdı. Ankara onu 2013-cü ildə Reyhanlıda təxminən 52 nəfərin ölümü ilə nəticələnən partlayışların törədicisi hesab edir.

Ural Əsəd tərəfdarı olan silahlı qruplaşmanın lideri, eləcə də 2013-cü ilin mayında Baniyas və əl-Beydada törədilən qırğınların əsas təqsirləndirilən şəxsidir. Bu qırğınlarda ən azı 458 dinc sakin, o cümlədən təxminən 92 uşaq edam edilib. Onun müavini Camal Tərabulsi bu ayın əvvəlində saxlanılıb.