ArazNews
Ana Səhifə / Bölgə / İlham Əliyev ilə Hakan Fidanın görüşü: Azərbaycan və Türkiyənin strateji müttəfiqliyinin davam etdirilməsi vurğulanıb
Bölgə

İlham Əliyev ilə Hakan Fidanın görüşü: Azərbaycan və Türkiyənin strateji müttəfiqliyinin davam etdirilməsi vurğulanıb

İlham Əliyev ilə Hakan Fidanın görüşü: Azərbaycan və Türkiyənin strateji müttəfiqliyinin davam etdirilməsi vurğulanıb

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də, cümə axşamı, Bakıda keçirilən Asiyada Qarşılıqlı Əməkdaşlıq və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə görüşü çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.

Türkiyənin «Haber Global» portalının məlumatına görə, görüşdə Azərbaycan Respublikası ilə Türkiyə arasında münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi, ikitərəfli əməkdaşlığın «bir millət, iki dövlət» prinsipi əsasında daha da möhkəmləndiyi bildirilib.

Tərəflər həmçinin enerji sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd edərək, alternativ enerjinin ixracı üçün beynəlxalq bazarlara çıxışın yeni marşrutlarının yaradılması ilə bağlı fikir mübadiləsi aparıblar.

İkitərəfli münasibətlərin perspektivləri, regional proseslər və qarşılıqlı maraq doğuran digər məsələlər də Azərbaycan Prezidenti ilə Türkiyənin xarici işlər nazirinin müzakirə etdiyi əsas mövzular sırasında olub.