CNN amerikalı rəsmilərə istinadən xəbər verib ki, ABŞ ordusu gələcəkdə İrana mümkün hücumlar üçün əməliyyat planlarında «Bütün bombaların anası» adlandırılan çox ağır «GBU-43/B» bombasından istifadə variantını da nəzərdən keçirib.
CNN-in məlumatına görə, Donald Tramp hərbi əməliyyatların bərpası barədə əmr verərsə, bu planlar İranın enerji infrastrukturuna və nüvə obyektlərinə hücumları da əhatə edə bilər.
Məlumatlı rəsmilər CNN-ə bildiriblər ki, bu qeyri-nüvə bombasından mümkün istifadə münaqişənin ciddi şəkildə eskalasiyası demək olacaq. Bununla belə, ABŞ-ın hərbi planlaşdırıcıları arasında bu bombanın Vaşinqtonun strateji məqsədlərinə çatmaq baxımından nə dərəcədə effektiv olacağı ilə bağlı hələ də suallar var.