ArazNews
Ana Səhifə / İran / Bəlucistanda silahlı toqquşmalar davam edir: Taftanın Çah-Əhməd yüksəkliklərində SEPAH ilə silahlılar arasında ağır döyüş gedir
İran

Bəlucistanda silahlı toqquşmalar davam edir: Taftanın Çah-Əhməd yüksəkliklərində SEPAH ilə silahlılar arasında ağır döyüş gedir

Bəlucistanda silahlı toqquşmalar davam edir: Taftanın Çah-Əhməd yüksəkliklərində SEPAH ilə silahlılar arasında ağır döyüş gedir

"Halvaş" xəbər verir ki, bu gün, mehr ayının 21-i, çərşənbə axşamı səhər saat 6 radələrindən İnqilab Keşikçiləri Korpusunun (SEPAH) qüvvələri ilə silahlı şəxslər arasında Taftan şəhristanının dağlarında toqquşma gedir. Ağır döyüş Çah-Əhməd bölgəsindəki "Lop" dağının yüksəkliklərində və "Ərzən-Tak" ərazisində davam edir.

Nəşrin mənbələrinin sözlərinə görə, hər iki tərəf yüngül, yarıağır və ağır silahlardan istifadə edir. SEPAH bölgəyə əlavə qüvvələr göndərib, toqquşma isə hələ də davam edir.