The Wall Street Journal qəzeti xəbər verib ki, İslam Respublikası Vaşinqtonla gərginliyin artdığı bir vaxtda hərbi və nüvə istehkamlarını gücləndirir, tərəfdarlarını səfərbər edir və aralıq seçkilərdən sonra ABŞ hücumlarının bərpası ehtimalına hazırlaşır.
Qəzet məlumatlı mənbələrə istinadən yazıb ki, Tehran vasitəçilər üzərindən xəbərdarlıq edib: yeni hücumlar başlasa, ABŞ qüvvələrini daha şiddətlə hədəfə alacaq. Bu, Yaxın Şərqdəki ABŞ hərbi gəmilərini batırmaq və onların heyətini öldürmək cəhdlərini də əhatə edəcək.