İslam Respublikasının Böyük Britaniyadakı səfiri Fairford hərbi bazasında baş vermiş təhlükəsizlik insidentində Tehranın hər hansı rolunu rədd edib. O, Britaniya hökumətindən sübut təqdim etmədən İranı ittiham etməməyi tələb edib.
İRNA-nın məlumatına görə, Əli Musəvi bu mövqeyini Britaniyanın xarici işlər nazirinin Yaxın Şərq məsələləri üzrə müavini Stiven Dauti ilə görüşdə bildirib.
Bu iş sentyabrın 27-də Fairford bazası yaxınlığında 20-25 yaşlı beş britaniyalı kişinin saxlanılması ilə bağlıdır. Onlar terror və partlayışla bağlı cinayətlərdə şübhəli bilinərək saxlanılıb, daha sonra heç bir ittiham irəli sürülmədən girov müqabilində azadlığa buraxılıblar. Britaniya polisi xarici dövlətin mümkün rolunun araşdırılmasının davam etdiyini açıqlayıb.
Donald Tramp da keçən həftə deyib ki, İranla bağlı təhdid ABŞ-ın B-1 bombardmançılarının bu bazadan çıxarılmasına səbəb olub. Amerikalı rəsmilər də Reuters agentliyinə bildiriblər ki, İranın mümkün müdaxiləsi ilə hazırlanmış şübhəli dron hücumu planı ilə bağlı araşdırma aparılıb. Tehran bu iddiaları rədd edir.