İranın daxili işlər naziri İsgəndər Mömini Azərbaycanın daxili işlər naziri Vilayət Eyvazovun rəsmi dəvəti ilə rəsmi səfər üçün Bakıya yola düşüb.
Mömini səfər çərçivəsində Azərbaycanın daxili işlər naziri və ölkənin digər bir sıra rəsmiləri ilə görüşüb danışıqlar aparacaq.
İranın Böhranların İdarə Edilməsi Təşkilatının rəhbəri, Ərdəbil və Gilan ostanlarının valiləri, parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvlərindən biri, eləcə də Daxili İşlər Nazirliyinin bir neçə rəsmisi Azərbaycana səfərdə Mömini ilə birlikdədir.