ArazNews
Ana Səhifə / Xəbər / Türkiyənin milli helikopter və pilotsuz döyüş təyyarəsi üçün yerli mühərrikləri təhvilə hazırdır
Xəbər

Türkiyənin milli helikopter və pilotsuz döyüş təyyarəsi üçün yerli mühərrikləri təhvilə hazırdır

Türkiyənin milli helikopter və pilotsuz döyüş təyyarəsi üçün yerli mühərrikləri təhvilə hazırdır

Türkiyənin TUSAŞ Mühərrik Sənayesi (TEI) şirkəti "Gökbey" çoxməqsədli helikopteri və "Kızılelma" pilotsuz döyüş təyyarəsi üçün hazırlanan mühərriklərin bu platformaların istehsalçılarına təhvil verilməyə hazır olduğunu açıqlayıb.

TEI-nin baş direktoru Mahmut Faruk Akşit Şanlıurfada keçirilən "TEKNOFEST" texnologiya festivalı çərçivəsində bildirib ki, TEI-TS1400 milli mühərriki artıq uçuş və kütləvi istehsal üçün hazırdır. Onun sözlərinə görə, bu mühərrikin Gökbey helikopterində geniş istifadəsi üçün yalnız tip sertifikatının verilməsi ilə bağlı son mərhələlərin başa çatdırılması qalıb.

Gökbey helikopteri daha əvvəl sınaq uçuşlarını TEI-TS1400 milli mühərriki ilə həyata keçirib. TEI həmçinin "Kızılelma" pilotsuz döyüş təyyarəsi üçün işlənib hazırlanan prototip mühərrikləri hazırlayır. Bu addım Türkiyənin aviasiya mühərrikləri sahəsində xarici asılılığı azaltmaq və yerli müdafiə texnologiyalarını inkişaf etdirmək proqramının bir hissəsi hesab olunur.