ArazNews
Ana Səhifə / Xəbər / Həmədanlı türk yazıçı, ana dilinin müdafiəçisi Məhəmməd Xəlili vəfat edib
Xəbər

Həmədanlı türk yazıçı, ana dilinin müdafiəçisi Məhəmməd Xəlili vəfat edib

Həmədanlı türk yazıçı, ana dilinin müdafiəçisi Məhəmməd Xəlili vəfat edib

Şair, hekayə yazarı, tərcüməçi və İran Yazıçılar Birliyinin üzvü Məhəmməd Xəlili bir müddət xəstəlikdən sonra sentyabrın 27-də Almaniyada vəfat edib. O, 1316-cı (1937) ildə Həmədanda anadan olub. 50 ildən artıq fəaliyyəti ərzində şeir, hekayə, tərcümə və ədəbi tədqiqat sahəsində çoxsaylı əsərlər nəşr etdirib.

Yusif Əzizi Bənitərəf Xəlilinin vəfatı münasibətilə yazdığı qeyddə onu Yazıçılar Birliyinin Beynəlxalq Ana Dili Günü ilə bağlı bəyanatının yayılmasını ilk dəstəkləyənlərdən və bu işdə ən qətiyyətli olanlardan biri kimi xatırlayıb. O, Xəlilini türk millətinin folkloruna bağlı olan yazıçı kimi səciyyələndirib. Qeyd edib ki, Xəlili «Azərbaycan nağılları», Nəriman Nərimanovun «Nadir şah» və İsmayıl Şıxlının «Dəli Kür» əsərlərini tərcümə edərək Azərbaycan ədəbiyyatını farsdilli oxuculara tanıdıb.

Xəlili həm Pəhləvi, həm də İslam Respublikası dövründə siyasi fəaliyyətinə görə həbs olunaraq həbsxanada saxlanılıb. O, 134 yazıçının imzaladığı mətni imzalayanlardan biri olub. Bundan başqa, Birlikdə xəzinədar və maliyyə müfəttişi vəzifələrini də daşıyıb.

«Azadlığa qədər», «Səsimi yağışa tapşır», «Qurğuşun qırıntıları altında» və «Ulduzlar həmyanı» onun əsərləri və tərtib etdiyi toplular sırasındadır.