ArazNews
Ana Səhifə / İran / Dollar 258 min tümən: Tehranın valyuta bazarı polis və mülki geyimli qüvvələrin sıx mühasirəsində
İran

Dollar 258 min tümən: Tehranın valyuta bazarı polis və mülki geyimli qüvvələrin sıx mühasirəsində

Dollar 258 min tümən: Tehranın valyuta bazarı polis və mülki geyimli qüvvələrin sıx mühasirəsində

Araz News-a daxil olan məlumatlara görə, cümə axşamı səhərdən Tehranda və bir sıra şəhərlərdə «valyuta qaçaqmalçılığı» adlandırılan fəaliyyətlə mübarizə planının icrasına başlanılıb, təhlükəsizlik qüvvələri bəzi valyutadəyişmə məntəqələrinin qarşısında və bazarın izdihamlı nöqtələrində yerləşdirilib. Yerli mənbələr həmçinin bir sıra yolçuların və motosikletli kuryerlərin yoxlanıldığını bildiriblər.

Bu addımlar rialın son günlər kəskin şəkildə dəyər itirdiyi, valyuta məzənnəsinin artmasının isə vətəndaşların yaşayış xərclərinə və alıcılıq qabiliyyətinə daha çox təzyiq göstərdiyi bir şəraitdə atılır.

İslam Respublikasının iqtisadi siyasətini tənqid edənlər bildirirlər ki, valyuta bazarına qarşı təhlükəsizlik tədbirləri dayanıqlı pul və iqtisadi siyasəti əvəz edə bilməz və rialın xarici valyutaya çevrilməsinə olan tələbatı daha da artıra bilər. Lakin İslam Respublikasının lüğətində edam, etirazçılara, aclara və işsizlərə güllə atmaq dərdlərin yeganə çarəsidir.