Axios ABŞ rəsmisinə və məlumatlı mənbəyə istinadən xəbər verib ki, ABŞ dövlət katibi Marko Rubio bazar ertəsi axşamı danışıqlar nəticəsiz qaldıqdan sonra İran nümayəndə heyətindən ABŞ-ı «dərhal» tərk etməyi tələb edib. ABŞ-ın BMT-dəki nümayəndəliyi də bu mesajı İran tərəfinə çatdırıb.
Bununla belə, İslam Respublikasının BMT-dəki nümayəndəliyi açıqlayıb ki, İran nümayəndə heyəti ölkədən 17 sentyabrda ABŞ Dövlət Departamentinə bildirilmiş plana uyğun olaraq ayrılıb. Axios-un mənbələrindən biri də Vaşinqtonun tələbini təsdiqləyib. Eyni zamanda o, Əraqçinin elə həmin bazar ertəsi gecəsi geri dönməsinin əvvəlcədən planlaşdırıldığını deyib.
Axios-un yazdığına görə, bu addım Qətər vasitəçilərinin Tehranla Vaşinqton arasındakı dalanı aradan qaldırmaq cəhdləri bazar ertəsi konkret irəliləyişə gətirib çıxarmadıqdan sonra atılıb.