ArazNews
Ana Səhifə / İnsan Haqları / Etirazçıların edam dalğası davam edir: Əli Həmməti və Məcid Nikəndiş Məşhəddə edam olunub
İnsan Haqları

Etirazçıların edam dalğası davam edir: Əli Həmməti və Məcid Nikəndiş Məşhəddə edam olunub

Etirazçıların edam dalğası davam edir: Əli Həmməti və Məcid Nikəndiş Məşhəddə edam olunub

İslam Respublikasının məhkəmə hakimiyyəti 8 mehr (30 sentyabr), çərşənbə günü səhər saatlarında 1404-cü ilin dey ayında baş vermiş etirazların Məşhəddən olan iki iştirakçısını edam edib. Məhkəmə sisteminin mediası olan Mizan xəbər agentliyi Əli Həmməti və Məcid Nikəndişin 18 dey (8 yanvar) tarixində Məşhədin Təbərsi ərazisində baş verən etirazlarda iştirak etdiklərini iddia edib.

Məhkəmə sistemi onların həmin gecəki fəaliyyətinin dörd təhlükəsizlik əməkdaşının ölümü ilə nəticələndiyini iddia edir. Məhkəmə hakimiyyətinin iddiasına görə, hökm «təqsirləndirilən şəxslərin etirafları» və Ali Məhkəmənin təsdiqindən sonra icra olunub.

İran İnsan Haqları Təşkilatı bildirir ki, etirazçılar İnqilab məhkəmələrində ədalətli məhkəmə araşdırmasının minimum standartlarına belə əməl olunmadan ölüm cəzasına məhkum edilirlər. Təşkilatın sözlərinə görə, bu işlərdə məcburi etiraf almaq üçün işgəncə sistemli üsuldur.

İslam Respublikası dey ayından bu yana həbsdə olan onlarla etirazçını edam edib. Hakimiyyət dey ayındakı repressiyalar zamanı həyatını itirənlərin sayını 3117 nəfər kimi açıqlamışdı. Lakin İran İnsan Haqları Təşkilatı 4200-dən çox həlak olanın siyahısını dərc edib.