ArazNews
Ana Səhifə / İnsan Haqları / Müxaliflərin ailələrinin girov götürülməsi: Sürgündəki fəalın xəstə anası aylardır Urmiya həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılır
İnsan Haqları

Müxaliflərin ailələrinin girov götürülməsi: Sürgündəki fəalın xəstə anası aylardır Urmiya həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılır

Müxaliflərin ailələrinin girov götürülməsi: Sürgündəki fəalın xəstə anası aylardır Urmiya həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılır

İslam Respublikası aylardır Sarə (Zəhra) Sidiqi Həmədaninin anası Fəridə Kitabi Miyandoabı Urmiya həbsxanasında saxlayır. Sarə Sidiqi keçmiş siyasi məhbus, qadın hüquqları və LGBTQ icmasının hüquqları uğrunda fəaldır və Almaniyada yaşayır. O, anasının həbsini «girov götürmə» adlandırır və anasının heç bir siyasi fəaliyyəti olmadığını, «yeganə günahının mənim anam olması» olduğunu deyir.

Bu xəstə qadın dörd ay yarım təkadamlıq kamerada qalıb və hazırda kameranın döşəməsində saxlanılır. Məhkəmə sistemi bir ay əvvəl onu vəkilin iştirakı olmadan mühakimə edib və o, hələ də qeyri-müəyyən vəziyyətdədir. Onun təzyiq problemi var və hər gün insulinə ehtiyac duyur.

Sarə Sidiqinin sözlərinə görə, rəsmilər ondan fəaliyyətini dayandırmasını tələb ediblər. İşə baxan hakim də onun barəsində deyib: «Bu hələ də adam olmayıb, bizə qarşı fəaliyyət göstərir».