ArazNews
Ana Səhifə / İnsan Haqları / Ali Məhkəmə hökmü ləğv etsə də, Urmiyada 21 yaşlı tələbə VPN istifadə etdiyinə görə edam olunub
İnsan Haqları

Ali Məhkəmə hökmü ləğv etsə də, Urmiyada 21 yaşlı tələbə VPN istifadə etdiyinə görə edam olunub

Ali Məhkəmə hökmü ləğv etsə də, Urmiyada 21 yaşlı tələbə VPN istifadə etdiyinə görə edam olunub

İslam Respublikası Urmiya Azad Universitetinin 21 yaşlı tələbəsi Ümid Behzadı avqustun 3-də (12 mordad) şəhərin mərkəzi həbsxanasında edam edib. O, «İsrail üçün casusluq» ittihamı ilə təqsirləndirilirdi. Hengaw insan hüquqları təşkilatının məlumatına görə, ölkənin Ali Məhkəməsi hökm icra olunmazdan iki gün əvvəl onu ləğv etmişdi.

Tələbə 1404-cü ilin əsfənd ayında, 40 günlük müharibənin başlamasından bir neçə gün sonra SEPAH-ın kəşfiyyatı tərəfindən həbs edilib. Hengaw-un sözlərinə görə, ona qarşı irəli sürülən təhlükəsizlik ittihamının yeganə əsası internetin ölkə üzrə kəsildiyi dövrdə VPN-dən istifadə etməsi və əvvəllər «İran İnternational»ın Telegram kanalına üzv olması idi.

Rəsmi media hətta onun atasının adını belə açıqlamayıb. İran Dövlət Televiziyası onun və eyni vaxtda edam edilən digər gənc Puriya Səfvətin məcburi etiraflarından ibarət video yayımlayıb. Ümid Behzad bu videoda bəzən mülki geyimdə, bəzən isə həbsxana geyimində görünür.