ArazNews
Ana Səhifə / İran / İsrailin ABŞ-dakı səfiri: mühasirə nəticə verir və İran rejimi devriləcək
İran

İsrailin ABŞ-dakı səfiri: mühasirə nəticə verir və İran rejimi devriləcək

İsrailin ABŞ-dakı səfiri: mühasirə nəticə verir və İran rejimi devriləcək

İsrailin ABŞ-dakı səfiri Fox News telekanalına müsahibəsində bildirib ki, İran İslam Respublikasına qarşı ABŞ-ın dəniz mühasirəsi və iqtisadi sanksiyaları "işləyir" və yalnız səbir tələb olunur.

Yexiel Leyter deyib: "Prezident Trampa bu prosesi tamamlamaq üçün vaxt və məkan verməliyik. Əgər diqqətimizi mühasirə və iqtisadi sanksiyalar üzərində saxlasaq, bu İran hökuməti, bu şeytani rejim devriləcək".

O əlavə edib: "İranlıların 80 faizi bu rejimin devrilməsini istəyir. Biz İran xalqının iradəsi ilə həmrəyik".

Leyter daha əvvəlki bir müsahibəsində İranın vəziyyətini 1980-ci illərdəki Sovet İttifaqına bənzədərək bildirmişdi ki, İran məğlub olub və "onun real çöküşünə yalnız az bir zaman qalıb".