Sepah Pasdaranla bağlı qurumların dəstəklədiyi "Canfəda" kampaniyası vətəndaşların "hərbi və yardım təlimi" kurslarına qeydiyyatı və onların "xalq batalyonları" şəklində təşkili üçün SMS göndərməyə başlayıb.
Vətəndaşlara göndərilən SMS-lərə əsasən, müraciət edənlərdən "Canfəda" xalq bölmələrinin təlim kurslarında iştirak üçün qeydiyyatdan keçmələri tələb olunub.
Eyni zamanda, ölkədaxili bəzi media orqanları silahlı qüvvələrlə əlaqələndirmə çərçivəsində min "Canfəda milli müqavimət batalyonu"nun təlim və təşkili planlaşdırıldığını xəbər verib. Bu çağırışa əsasən, qeydiyyat kampaniyanın vebsaytı və SMS sistemi vasitəsilə həyata keçirilir.
Bununla yanaşı, layihənin reklam bannerləri Tehranda və İranın digər şəhərlərində geniş şəkildə yerləşdirilib. Bu bannerlər "Canfəda" xalq bölmələrinin "hərbi və yardım təlimi kursları"na qeydiyyatı təbliğ edir. Bannerlərdə müraciət edənlərdən elan olunmuş SMS sisteminə 1 rəqəmini göndərməklə və ya təşkilatın vebsaytı vasitəsilə qeydiyyatdan keçmələri tələb olunub. Kursların başlanma tarixi 24 şəhrivər (15 sentyabr) saat 17:00 olaraq elan edilib.